BAKI, 23 noyabr. TELEQRAF

Vaşinqton Ukrayna böhranı ilə bağlı yeni sülh razılaşmaları əldə etmək üçün işlərini davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib.

Birinci xanım yeni sülh razılaşması üzərində işlədiklərini bildirib.

Noyabrın 20-də "Fox News"a verdiyi müsahibədə Melaniya Tramp Rusiya ilə Ukrayna arasında 25 dekabra təsadüf edən Milad bayramından əvvəl yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib. O həmçinin Xerson vilayətinin Oleşki şəhərində keçirilən humanitar əməliyyatı "böyük uğur" adlandırıb.