BAKI, 23 noyabr. TELEQRAF
NATO-nun baş katibi Mark Rutte alyansın Ukraynanın inteqrasiyası üçün həmişə səy göstərəcəyinə əminliyini bildirib.
Teleqraf xəbər verir ki, Rutte Berlində Almaniya kansleri Fridrix Merz ilə keçirdiyi mətbuat konfransında jurnalistlərin Ukraynanın təşkilata üzvlüyü ehtimalı ilə bağlı suallarını cavablandırarkən bildirib: "NATO-nun uzunmüddətli mövqeyi var ki, Ukrayna blokun üzvü olmalıdır və bu mövqe uzun illər qüvvədə qalacaq".