BAKI, 27 sentyabr. TELEQRAF

Türkiyənin Milli Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Teleqraf xəbər verir ki, qardaş ölkənin nazirliyi Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib.

“Qardaş ölkənin işğal olunmuş ərazilərinin azad olunması yolunda şəhid olan qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərə can sağlığı və xoşbəxt həyat arzulayırıq”, - deyə paylaşımda qeyd olunur.