BAKI, 27 sentyabr. TELEQRAF
Avropa dənizlərində suyun rekord dərəcədə isinməsi balıqçılığa təhlükə yaradır və dəniz ekosistemlərində dəyişikliklərə səbəb olur.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropa sularında müşahidələr tarixində ən isti yay ayları qeydə alınıb. İstisna istilər dəniz ekosistemlərini dəyişdirir və bəzi sahilyanı yaşayış məntəqələri üçün ciddi fəsadlar yarada bilər.
Bildirilir ki, iyun-avqust aylarında Avropa dənizlərində suyun orta temperaturu 21,6 dərəcəyə yüksəlib. Bu cür dəniz istilik dalğalarının istixana qazları emissiyalarının artması fonunda daha tez-tez baş verdiyi və intensivləşdiyi qeyd olunur.
“Reuters” yazır ki, okeanlar artıq istiliyin böyük hissəsini udur və bu istiliyi quru və atmosferlə müqayisədə daha uzun müddət saxlayır.