BAKI, 27 sentyabr. TELEQRAF

Cənubi Afrikanın Karltonvill şəhərindəki kafelərdən birinə hücum edilib.

Bu barədə Teleqraf xarici KİV-ə istinadən xəbər verir.

Hücum zamanı 17 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Naməlum şəxslər kafedə olan insanların üzərinə qəfil atəş açıblar. Hadisənin səbəbləri hələlik məlum deyil. Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis cəlb olunub.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb, hüquq-mühafizə orqanları cinayəti törədənlərin axtarışını davam etdirir.