BAKI, 27 sentyabr. TELEQRAF
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi Yaxın Şərq ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək göstərməməyə çağırıb və Tehranın mümkün hücumlara cavab vermək üçün kifayət qədər imkanlara malik olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı Əzizinin açıqlamasına istinadən məlumat yayıb.
Əzizi bildirib ki, İran hava məkanının blokadaya alınması cəhdlərinə cavab vermək üçün əhəmiyyətli imkanlara malikdir. O, region ölkələrini ABŞ-lə belə tədbirlərin həyata keçirilməsində əməkdaşlıq etməkdən çəkindirib.
İran parlamentinin komissiya sədrinin sözlərinə görə, Tehran ABŞ tərəfindən həyata keçirilə biləcək istənilən hücuma cavab verməyə hazırdır. O, mümkün hadisələrin hər bir ssenarisi üçün “ikiqat və sarsıdıcı cavab” hazırlandığını iddia edib.