BAKI, 27 sentyabr. TELEQRAF

“Boeing” şirkəti 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, nasazlıq pilot kabinəsinin proqram təminatının yenilənməsindən sonra yaranıb. Problem təyyarənin ikinci dövrəyə qalxması zamanı əvvəlcədən planlaşdırılmış uçuş trayektoriyasını dəyişməsi halında özünü göstərə bilər.

Nəşrin məlumatına əsasən, belə vəziyyətdə avtomatlaşdırılmış naviqasiya sistemində nasazlıq yarana və bu da eniş zamanı təhlükəsizlik baxımından risk yarada bilər.

ABŞ Federal Aviasiya Administrasiyası isə “The Wall Street Journal”a açıqlamasında nasazlıqla bağlı məlumatları araşdırdığını bildirib.