BAKI, 27 sentyabr. TELEQRAF

ADY rəhbərliyi Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.

Teleqraf bu barədə ADY-yə istinadla xəbər verir.

"Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Misilsiz qəhrəmanlıq dastanı yazmış şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq!" - qeyd edilib.