BAKI, 27 sentyabr. TELEQRAF
Ukraynanın dövlət borcu sentyabrın sonuna 223 milyard dollara yaxınlaşıb və bir ay ərzində təxminən 4-5 milyard dollar artıb.
Teleqraf xəbər verir ki, avqustun sonunda Ukraynanın dövlət borcunun 218-219 milyard dollar civarında olduğu bildirilirdi.
Ukrayna Maliyyə Nazirliyinin hesablamalarına görə, dövlət borcunun 2026-cı ilin sonuna qədər təxminən 240 milyard dollara, 2027-ci ilin sonuna isə ən azı 290 milyard dollara yüksələcəyi gözlənilir.
Bu hesablamalara əsasən, 2026-cı ilin sonunda Ukraynada hər nəfərə düşən dövlət borcu təxminən 8,5 min dollar, 2027-ci ilin sonunda isə 10,4 min dollar təşkil edə bilər.