BAKI, 27 sentyabr. TELEQRAF
Türkiyə Rusiyanın istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin reeksportu ilə bağlı Moskva ilə danışıqları davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərini türk jurnalist Bahar Feyzan “X” sosial şəbəkəsində yayımlayıb.
“Daha əvvəl də dediyim kimi, bu məsələ ilə bağlı danışıqlarımız davam edir. Danışıqlar başa çatdıqda, təbii ki, bu barədə ictimaiyyətə məlumat verəcəyik”, – deyə Fidan bildirib.
Nazir danışıqların cari ilin sonunadək başa çatıb-çatmayacağı ilə bağlı sualı cavablandırarkən dəqiq vaxt açıqlamayıb.