BAKI, 27 sentyabr. TELEQRAF
Kanadanın Kvebek əyalətində helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 4 nəfərin hamısı həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə CBC telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qəza sentyabrın 26-da axşam Monreal şəhərindən 55 kilometr məsafədə baş verib. Hadisə yerində baş verən yanğın söndürülüb.
Polis hələlik qəzanın səbəbləri, hava gəmisinin sahibi və ölən şəxslərin kimliyi barədə məlumat verə bilməyib.