BAKI, 27 sentyabr. TELEQRAF

27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib.

Teleqraf-ın xəbərinə görə, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının rəhbərliyi, hakimlər və aparatların əməkdaşları parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.