BAKI, 27 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli istiqamətində çalışdığını bildirib və bu prosesin digər münaqişələrlə müqayisədə daha mürəkkəb olduğunu deyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə amerikalı jurnalist Kley Trevisə müsahibəsində danışıb.
“Mən heç bir əlaqəm olmayan səkkiz müharibəni həll etmişəm. Rusiya ilə Ukrayna arasındakı münaqişənin üzərində işləyirəm. Bu, bütün münaqişələr arasında ən mürəkkəbi oldu”, - deyə ABŞ lideri bildirib.