BAKI, 26 sentyabr. TELEQRAF

Liviyanın Milli Neft Korporasiyası (MNK) Şarara yatağından Zaviyə limanına gedən boru kəmərinin fəaliyyətini bərpa edib.

Teleqraf xəbr verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, xam neft axını bərpa olunub və tədarük həcmləri tədricən əvvəlki səviyyələrə qayıdır.

MNK-un məlumatına görə, sentyabrın 22-də Neft Obyektləri Mühafizəsinin əməkdaşları boru kəmərini bağlayaraq ödənilməmiş əmək haqqının ödənilməsini tələb ediblər.

Məlumatlara görə, şirkət beş günlük bağlanma zamanı təxminən 95 milyon dollar itirib.