BAKI, 27 sentyabr. TELEQRAF
İspaniya millisi rəsmi matçlarda məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdıraraq dünya rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, Luis de la Fuentenin komandası Millətlər Liqasının A Liqasının 1-ci turunda səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edib.
Bununla da İspaniya rəsmi matçlarda ardıcıl 39-cu oyununda məğlub olmayıb. Komanda özünə məxsus əvvəlki rekordu da yeniləyib.
İspaniya ötən yay 38 rəsmi oyundan ibarət məğlubiyyətsiz seriya ilə rekorda sahib olmuşdu.
Yığma sonuncu dəfə 2023-cü ilin martında rəsmi oyunda əsas vaxtda məğlub olub. AVRO-2024-ün seçmə mərhələsində Şotlandiyaya 0:2 hesabı ilə uduzan ispanlar bundan sonra keçirdikləri 39 rəsmi matçın heç birində məğlubiyyət yaşamayıb.
Əvvəlki rekord İtaliya millisinə məxsus olub. İtalyanlar 2018-ci ilin sentyabrından 2021-ci ilin oktyabrına qədər 37 rəsmi oyunda məğlub olmayıblar.