BAKI, 26 sentyabr. TELEQRAF

Tacikistan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün namizədliyini irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Sirociddin Muhriddin Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ümumi siyasi müzakirələrdə çıxış edərkən bildirib.

"BMT-nin gücləndirilməsi daha böyük məsuliyyət tələb edir. Tacikistan bunu etməyə hazırdır. Və tarixində ilk dəfə olaraq Tacikistan 2028-2029-cu illər üçün Təhlükəsizlik Şurasında yer almaq üçün namizədliyini irəli sürür", - deyə o bildirib.