BAKI, 26 sentyabr. TELEQRAF
Ermənistan balıq və süd məhsullarının istehsalında aşkarlanmış pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədləri Rusiyaya təqdim etməyib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) RİA Novosti agentliyinə məlumat verib.
Qurumdan bildirilib ki, Ermənistanın müvafiq nəzarət orqanı yalnız təminat məktubları və müraciətlər göndərib.
“Bu sənədlər məhdudiyyətlərin aradan qaldırılması üçün kifayət deyil”, – deyə açıqlamada qeyd olunub.
Məlumata görə, Rusiyanın mövqeyi Ermənistan tərəfinə çatdırılıb.
Xatırladaq ki, “Rosselxoznadzor” iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq etmək barədə qərar qəbul edib.