BAKI, 25 sentyabr. TELEQRAF

İspaniya və Mərakeş Seuta şəhərində yaşanan miqrasiya böhranı ilə bağlı qeyri-qanuni miqrantların geri qaytarılmasını müzakirə ediblər.

Bu barədə Teleqraf xarici KİV-ə istinadən xəbər verir.

BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən görüşdə Mərakeş miqrantların tezliklə vətəninə qaytarılması üçün əməkdaşlıq etməyə hazır olduğunu təsdiqləyib.

Xatırladaq ki, iyul ayında on minlərlə qeyri-qanuni miqrant üzərək və ya piyada İspaniyanın Mərakeşlə sərhəddə yerləşən Seuta şəhərinə daxil olub.

Yaranan böhran səbəbindən Madrid şəhərdə təhlükəsizliyi qorumaq üçün hərbçiləri cəlb edib. Miqrantların çoxunun artıq Mərakeşə qayıtdığı bildirilib.