BAKI, 22 sentyabr. TELEQRAF
"ABŞ dərhal Qrenlandiyada böyük bir hərbi baza yaratmaq prosesinə başlayacaq, orada iki hərbi baza tikəcəyik".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
"Amerika qitəsini, eləcə də Avropanı və digər bölgələri qorumaq üçün lazım olan hər şeyi etmək üçün tam imkana malik olacağıq", - Tramp qeyd edib.