BAKI, 22 sentyabr. TELEQRAF

Qələbə qazanıb, xalqımızı sevindirmək istəyirik.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

Futbolçu qarşılaşmaya yüksək əhval-ruhiyyədə hazırlaşdıqlarını qeyd edib:

“Rəqibi analiz etmişik, yaxşı kpmandadır. Biz də özümüzə inanırıq.

Mənim üçün Çempionlar Liqası və buranın heç bir fərqi yoxdur. Əlimdən gələni edirəm ki, komandam qələbə qazansın.

Sabahki oyuna köklənmişik. Millətlər Liqasında rəqiblərimiz də çətin deyil. Çalışacağıq, qalib gələk.

Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.