BAKI, 22 sentyabr. TELEQRAF
“Azərbaycan Prezidenti mənə dedi ki, altı ayda möcüzələr yaratmısan və heç kim bunun baş verəcəyini belə düşünmürdü”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışarkən bildirib.
O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da prosesdə onun şəxsi müdaxiləsinin əhəmiyyətini yüksək qiymətləndirib.