BAKI, 22 sentyabr. TELEQRAF
Almaniyanın qərbindəki Spangdahlem (Reynland-Pfalts) şəhərindəki ABŞ hava bazasının yaxınlığında F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, nəticədə bir nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hələlik rəsmi təsdiq yoxdur. Amerika F-16-ları bazada yerləşdirilib.