BAKI, 3 sentyabr. TELEQRAF
Süni intellekt (Sİ) texnologiyalarının tətbiqi beynəlxalq ticarətin asanlaşdırılmasına və lazımsız qeyri-tarif maneələrinin aradan qaldırılmasına kömək edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində keçirilən G20 ölkələrinin innovasiya nazirlərinin görüşünün yekunlarına dair konsensus əsasında qəbul edilmiş bəyanatda bildirilib.
“Biz qəbul edirik ki, süni intellekt hökumətlərə beynəlxalq ticarəti optimallaşdırmağa, tənzimləyici prosedurları sadələşdirməyə, lazımsız qeyri-tarif maneələrini azaltmağa və ticarət tərəfdaşları arasında yaxınlaşmaya kömək edən güclü vasitə ola bilər”, – sənəddə qeyd olunub.
G20 ölkələri, həmçinin üzv dövlətləri innovasiyaların dəstəklənməsi və süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə təhlükəsiz və etibarlı Sİ modellərinə çıxış imkanlarını genişləndirməyə çağırıb.
Qeyd edək ki, G20-nin innovasiyalar üzrə nazirlər görüşü sentyabrın 1-2-də Şimali Karolinada keçirilib.