BAKI, 2 sentyabr. TELEQRAF
ABŞ İranla sülh razılaşması əldə etmək istəyir, lakin Vaşinqton hesab edir ki, Tehran hələlik buna hazır deyil.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib.
“Prezident Donald Tramp bildirib ki, anlaşma memorandumunun baş tutmamasının səbəbi onların razılaşmaya hazır olmaması idi. Onların nə vaxt razılaşmaya hazır olacağını görəcəyik”, – Bessent deyib.
ABŞ maliyyə naziri həmçinin Vaşinqtonun dəstəyi ilə bir gün ərzində Hörmüz boğazından 17 milyon barel neft daşındığını iddia edib.
Bessent İranın ABŞ-nin iqtisadi məhdudiyyətlərinə cavab olaraq hərbi vasitələrdən daha fəal istifadə edə biləcəyini də istisna etməyib.