BAKI, 2 sentyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) ticarət komissarı Maroş Şefçoviç ittifaqın ABŞ və Kanada arasındakı kəskin ticarət müharibəsində vasitəçi rolunu oynaya bilməyəcəyini bəyan edib.

Teleqraf bu barədə "Euronews" telekanalına istinadla xəbər verir.

Şefçoviç bildirib ki, Aİ hazırda vasitəçilik edəcək mövqedə deyil.

Lakin bu iki ölkənin iqtisadi bağları o qədər dərindir ki, gec-tez vəziyyəti düzəltməyə çalışacaqlar".

Komissar rüsumların sonda vətəndaşların cibinə təsir edən əlavə vergilər olduğunu vurğulayıb.

Xatırladaq ki, 10 gün əvvəl Kanadanın Baş naziri Mark Karni fransız dilindən istifadəyə görə təzyiqlərə məruz qaldığını bildirərək Donald Tramp administrasiyası ilə danışıqları dayandırıb. Bunun ardınca Tramp Kanada istehsalı olan avtomobillərə 50%-lik gömrük rüsumu tətbiq edib, Ottava isə ABŞ-nin 20 milyard dollar dəyərindəki 700-dən çox malına sərt rüsumlarla cavab verib.