BAKI, 3 sentyabr. TELEQRAF
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Rəşad Nəcəfov marketin qarşısında dayanarkən yüksək sürətlə hərəkət edən avtomobil onu vurub.
Hadisə nəticəsində R.Nəcəfov müxtəlif sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.