BAKI, 2 sentyabr. TELEQRAF

Nepalda güclü daşqın nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal polisinə istinadən məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində daha 4,5 min nəfər itkin düşmüş hesab olunur. Bundan əvvəl ölənlərin sayının 1056 olduğu açıqlanmışdı.

Qeyd edək ki, avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Fəlakətə Çinlə sərhəddə, “Rasuvagadhi” sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə qar uçqununun düşməsi səbəb olub.

Dağ süxurları və sel kütləsi çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.