BAKI, 2 sentyabr. TELEQRAF

Argentina millisinin futbolçusu Enzo Fernandes “Çelsi”dən “Mançester Siti”yə keçib. Bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 5 illik müqavilə imzalayıblar.

Teleqraf xəbər verir ki, “Transfermarkt”ın məlumatına görə, “Mançester Siti” futbolçu üçün “Çelsi”yə 145 milyon avro ödəyəcək. Bununla Fernandes klub tarixinin ən bahalı transferinə çevriləcək.

25 yaşlı yarımmüdafiəçi “Çelsi”nin heyətində müxtəlif turnirlərdə 170 matça çıxıb, 31 qol vurub və 30 məhsuldar ötürmə edib. O, London klubu ilə 2025-ci ildə Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.

Fernandes Argentina millisinin heyətində 2022-ci il dünya çempionatının qalibi olub və turnirin ən yaxşı gənc futbolçusu seçilib.