BAKI, 5 avqust. TELEQRAF
“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubuna qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılacaq.
Teleqraf xəbər verir ki, biletlərin satışına avqustun 6-da saat 12:00-dan başlanılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün standart biletlərin qiyməti 5, 10, 15 və 20 manatdır. VIP sektorlar üçün biletlər 50, 75 və 100, VVIP sektorlar üçün isə 150 manata təklif olunur.
Biletləri yalnız “iTicket.az”ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı çətinliklə üzləşən azarkeşlər “iTicket.az”ın satış məntəqələrinə, “Park Bulvar”dakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.