BAKI, 6 avqust. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Avstriyanın “Şturm Qrats” komandasına 2:0 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesab 10-cu dəqiqədə açılıb. Anderson Taliska “Fənərbağça”nı önə keçirib. Meyson Qrinvud isə 45-ci dəqiqədə fərqi iki topa çatdırıb.

Komandalar arasında cavab görüşü avqustun 11-də Avstriyada keçiriləcək.