BAKI, 6 avqust. TELEQRAF

“Sabah” azarkeşləri, hər birinizi stadionumuza çağırıram. İnanıram ki, evdə buradakından daha yaxşı atmosfer yarada bilərik. Stadionu doldurun, bizi dəstəkləyin və bizə inanın”.

Teleqraf xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə Danimarkanın “Orhus” klubuna 1:2 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Litvalı mütəxəssis cavab görüşündə azarkeş dəstəyinin həlledici rol oynaya biləcəyini bildirib:

“Əminəm ki, biz bir qolu vuracağıq. Digər qolu isə sizin dəstəyiniz sayəsində vura bilərik. Gəlin birlikdə növbəti mərhələyə yüksələn tərəf olaq. Stadionu doldurun, bizə dəstək olun və inanın”.