BAKI, 3 avqust. TELEQRAF
Roman Yefimov Udmurtiya hökumətinin başçısı vəzifəsindən istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı o, özünün Telegram kanalında paylaşıb.
Roman Yefimov 2024-cü ildən Udmurtiyanın Baş naziri idi.
Qeyd edək ki, iyulun 29-da prezident Vladimir Putin Rusiya Kənd Təsərrüfatı Nazirliyi rəhbərinin müşaviri Olqa Abramovanı Udmurtiyanın müvəqqəti rəhbəri təyin edən fərman imzalayıb.
Bu, bölgə tarixində qadının ilk dəfə belə yüksək vəzifə təyinatıdır.