BAKI, 3 avqust. TELEQRAF

Yaponiyanın Kumamoto prefekturasında baş verən güclü zəlzələdən sonra 8 mindən çox insan hələ də təxliyə mərkəzlərində qalır.

Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində azı 4 622 evə ziyan dəyib.

Son məlumata əsasən, 21 yaşayış məntəqəsində yaradılmış 206 təxliyə mərkəzində 8 mindən çox sakin yerləşdirilib.

Hadisə nəticəsində, təbii fəlakətin təsirlərindən həyatını itirdiyi ehtimal edilənlər də daxil olmaqla, 38 nəfər ölüb. Daha 13 nəfər ağır xəsarət alıb.

İyulun 28-də baş verən 7,1 maqnitudalı zəlzələ Yaponiyada son illərin ən güclü zəlzələlərindən biri hesab olunur. Fəlakətin nəticələrinin aradan qaldırılmasına xilasetmə və digər xüsusi xidmət orqanları ilə yanaşı, Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4,6 min hərbçisi cəlb olunub.