BAKI, 3 avqust. TELEQRAF
"Sumqayıt" braziliyalı hücumçu Jeam Oliveyranı transfer edib.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası təmsilçisi futbolçu "1+1" illik müqavilə imzalayıb.
Qeyd edək kİ, 31 yaşlı forvardın son klubu Braziliyanın "Kaşias" komandası olub. O, ölkəsinin "Fortaleza" klubunun yetirməsidir.