BAKI, 3 avqust. TELEQRAF
Hörmüz boğazının 2027-ci ilin yazınadək bağlı qalacağı təqdirdə Böyük Britaniya iqtisadiyyatında resessiya baş verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” konsaltinq şirkəti EY-nin hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, İran ətrafındakı münaqişənin uzanacağı ssenari zamanı 2027-ci ildə Birləşmiş Krallıq iqtisadiyyatı 0,2 faiz kiçilə bilər. Qəzetin məlumatına görə, belə halda 2027-ci ilin ilk iki rübü mənfi iqtisadi artımla başa çata bilər.
Nəşr qeyd edib ki, iqtisadi geriləmə inflyasiyanın artmasına səbəb ola bilər. EY-nin proqnozuna görə, inflyasiya səviyyəsi iki dəfədən çox yüksələrək 6,4 faizə çata bilər.
Böyük Britaniyanın sabiq maliyyə naziri Reyçel Rivs mart ayında ölkə iqtisadiyyatının 2026-cı ildə əvvəl proqnozlaşdırılan 1,4 faiz əvəzinə 1,1 faiz artacağını bildirmişdi. Onun sözlərinə görə, 2027-ci ildə iqtisadi artım 1,6 faiz təşkil etməlidir.
Qeyd edək ki, ABŞ və İsrailin İranla müharibəyə fevralın 28-də başladığı bildirilib. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərinin pozulduğunu iddia edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.