BAKI, 3 avqust. TELEQRAF

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları” yeni redaksiyada təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Məlumat bankının Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Məlumat bankının “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.