BAKI, 3 avqust. TELEQRAF

Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda Türkiyə təmsilçilərindən "Gənclərbirliyi"ni 4:0 hesabı ilə məğlub edib.

Tovuz kollektivinin qollarını Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev vurublar.

Xatırladaq ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin I Liqa təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gəlib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb. "Iğdır"la baş tutan matçda isə 1:0 hesabı ilə qələbə qazanıb.