BAKI, 3 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketlərin ciddi çatışmazlığı ilə üzləşib.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Patriot HHM sistemləri Ukraynanın Rusiya raket hücumlarından müdafiəsi üçün əsas vasitə hesab olunur. Lakin bu sistemlər üçün raket-tutucuların sayı “fəlakətli dərəcədə” azdır.
Qəzet bildirir ki, onsuz da məhdud olan ehtiyatlar ABŞ ilə İran arasında baş vermiş müharibə fonunda daha da azalıb.
Məlumatda qeyd olunur ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq HHM sistemləri üçün sursat çatışmazlığından şikayət edir və Qərb ölkələrini bu silahların tədarükünü artırmağa çağırır.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl Kiyevdə Ukrayna Silahlı Qüvvələri üçün hərbi məhsullar istehsal edən müəssisələrə zərbələr endirildiyini açıqlamışdı.