BAKI, 3 avqust. TELEQRAF
MHP lideri Dövlət Baxçalı Türkiyədə demoqrafik vəziyyətin ciddi problemlərlə üzləşdiyini deyib.
Teleqraf xəbər verir ki, partiya sədri ölkədə doğum nisbətinin aşağı düşməsini "mövcudluq problemi"nə çevrildiyini, televiziya proqramlarının, sosial media platformalarının və LGBT kimi hərəkatların ailə quruluşuna mənfi təsir göstərdiyini bəyan edib.
O, milli dəyərlərdən uzaqlaşmaqla inkişafın mümkün olmadığını söyləyib:
"Türk ailə quruluşu təhlükə altındadır. Əhali artımında sürət çox azalıb. Bu, Türkiyənin gələcəyi üçün mövcudluq məsələsidir. Təcili tədbirlər görülməlidir.
Ölkəmizin qarşıdakı illər üçün əhali proqnozları ciddi həyəcan təbili çalır. Gələcəyimiz olan gənclərimizin itirilmiş nəslə çevrilməsinin qarşısını almaq üçün tədbirlər vacibdir. Bu, ilk növbədə ailə quruluşumuzu qorumaqdan başlayır".