BAKI, 2 avqust. TELEQRAF

ABŞ-nin Nevada ştatında ölkənin ən böyük volfram yataqlarından biri hesab edilən faydalı qazıntı ehtiyatı aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti 3 Proton Lithium (3PL) dağ-mədən şirkətinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Railroad Valley Minerals layihəsindəki resursların ümumi dəyəri təxminən 152 milyard ABŞ dolları qiymətləndirilir.

Bildirilib ki, yatağın ərazisinin üçdə birindən çoxu NASA-nın peyk sistemlərinin kalibrlənməsi üçün istifadə etdiyi zonada yerləşir. 3PL şirkəti həmin ərazidə geoloji kəşfiyyat və faydalı qazıntıların hasilatına qoyulan qadağanın ləğvinə nail olmağa çalışır.