TOVUZ, 2 avqust. TELEQRAF

Tovuz rayonunda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində sürücü ağır xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "ZİL" markalı yük maşını ilə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü, 35 yaşlı Sübhan Məmmədov ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.