BAKI, 2 avqust. TELEQRAF

Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan ona rəhmət diləyib.