BAKI, 1 avqust. TELEQRAF

Böyük Britaniyada uzun müddət davam edən quraqlıq və yüksək temperatur kənd təsərrüfatı məhsullarının bahalşmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Bildirilir ki, pab, restoran və supermarket sahibləri İspaniya və Hollandiyadan kahı və brokoli almağa başlayıblar:
Pomidorların topdansatış qiymətləri 60%, aysberq kahısının qiymətləri 90%, kartofun qiymətləri isə 40%-dən çox artıb.

100-dən çox şirkətin rəhbəri Baş nazir Endi Börnehə açıq məktub yazaraq idxaldan asılılığın azaldılmasına və milli qida sisteminin gücləndirilməsinə dəstək verməyə çağırıb.

İyulun 29-da İngiltərənin yarısında quraqlıq elan edilib. Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti iyul ayında gözlənilən yağışın yalnız 7%-nin, İngiltərənin cənub hissəsinə isə cəmi 1%-nin düşdüyünü bildirdi. Böyük Britaniya Meteorologiya İdarəsinin məlumatına görə, iyul ayında temperatur orta səviyyədən üç dərəcə yüksək olub.