BAKI, 1 avqust. TELEQRAF

Avropa İttifaqı Şimali Afrika sahillərində yerləşən İspaniyanın Seuta muxtar şəhərindəki miqrant böhranını müzakirə etmək üçün avqustun 4-də daxili işlər nazirlərinin videokonfransını çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-dən məlumat verilib.

"Seutadakı vəziyyətin nəticələrini müzakirə etmək üçün AB daxili işlər nazirlərinin təcili videokonfransı avqustun 4-də keçiriləcək", - deyə mənbə bildirib.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bu təşəbbüsü dəstəklədiyini bildirmişdi.