BAKI, 1 avqust. TELEQRAF
Rusiyanın Kiyevə hücumu nəticəsində xəsarət alanların sayı 33 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusunun zərbələri nəticəsində 9 nəfər həyatını itirib. Yaralanan 33 nəfərdən dördü isə uşaqdır.
***
11:34
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində xəsarət alanların sayı 30 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusunun zərbələri nəticəsində 9 nəfər həyatını itirib. Yaralanan 30 nəfərdən dördü isə uşaqdır.
***
09:59
Avqustun 1-nə keçən gecə Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə etdiyi hücum nəticəsində 9 nəfər həyatını itirib, 28 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram" kanalında bildirib.
Merin sözlərinə görə, xəsarət alanlardan dördü uşaqdır:
"Yaralılardan 17-si xəstəxanaya yerləşdirilib. Digərlərinə isə həkimlər tərəfindən yerində tibbi yardım göstərilib".