BAKI, 1 avqust. TELEQRAF

Fransada meşə yanğınları ilə əlaqədar saxlanılanların sayı 328 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunez "BFMTV" telekanalına açıqlama verib.

Nazir bildirib ki, həmin şəxslər qəsdən yanğın törətməkdə şübhəli bilinərək tutulublar.