BAKI, 1 avqust. TELEQRAF
Fələstin tərəfi Qəzzada atəşkəs razılaşmasında nəzərdə tutulan bütün öhdəlikləri icra edib və razılaşmanın gələcək taleyi İsrailin öz şərtlərini yerinə yetirməsindən asılıdır.
Teleqraf xəbər verir ki, bunu HƏMAS hərəkatının İrandakı nümayəndəsi Xalid əl-Qəddumi TASS-a açıqlamasında bildirib.
"Fələstin tərəfi üzərinə düşən hər şeyi edib, yerinə yetirilməmiş heç bir öhdəlik qalmayıb. İndi dünya başa düşməlidir ki, bizdən əlavə heç nə tələb olunmamalıdır. Biz tələb olunan hər şeyi etmişik", - X.əl-Qəddumi vurğulayıb.
HƏMAS rəsmisi əlavə edib ki, Fələstin xalqı öz torpaqlarını müdafiə edərkən böyük qurbanlar verib:
"Biz bu məsələyə açıq düşüncə və təmiz ürəklə yanaşırıq, çünki Fələstin xalqının maraqlarını təmin etmək istəyirik".