BAKI, 1 avqust. TELEQRAF
30 iyul gecəsi Amerika ordusu İranın Qeşm adasında yaşayış binasına zərbə endirmək üçün ən güclü qeyri-nüvə bombalarından birini atıb, nəticədə üç nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti peyk şəkillərinə və ekspert rəyinə istinadən məlumat yayıb.
Kraterin diametri və sursat parçaları 2000 funtluq (təxminən 907 kq) MK-84 ağır bombasının istifadə edildiyini göstərir. Qəzet yaşayış binasının yaxınlığında hərbi qurğulara dair heç bir dəlil tapılmadığını vurğulayır. Zərbənin sıx məskunlaşmış əraziyə dəydiyini əlavə edir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins "The New York Times" qəzetinə verdiyi açıqlamada Amerika hərbi liderlərinin hücumdan xəbərdar olduğunu və məlumatları nəzərdən keçirdiyini bildirib. O həmçinin bildirib ki, ABŞ mülki şəxsləri hədəf almır.