BAKI, 1 avqust. TELEQRAF

ABŞ-nin İordaniyadakı səfirliyi bu ölkədə olan amerikalılara təhlükəsizliklə əlaqədar xəbərdarlıq edərək onları daha diqqətli olmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" səhifəsində məlumat yayılıb.

Səfirlik vətəndaşlara ehtiyatlı olmağı, uçuşların ləğv edilməsi və hava məkanının vaxtaşırı bağlanması ehtimalına qarşı hazır olmağı tövsiyə edib:

"ABŞ vətəndaşları ayıq-sayıq olmalıdırlar. Hər hansı bir ölkədə ABŞ maraqlarının hələlik hədəfə alınmaması gələcəkdə də təhlükəsiz olacaqları demək deyil".