BAKI, 1 avqust. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu Ukraynaya "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminin verilməsinin qarşısını alıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "The Washington Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, İsrailin özünün də silaha böyük ehtiyacı var. Baş nazir məhz buna görə də silahların Ukraynaya verilməsinə imkan yaratmayıb.